Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 84
Bakı şəhəri, 19 mart 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 760) ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 4.1-ci bəndin ikinci abzası çıxarılsın.
2. Aşağıdakı məzmunda 4-1-ci, 4-2-ci və 4-3-cü bəndlər əlavə edilsin:
"4-1. Satıcı elektron vergi hesab-fakturasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları"na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə, yaxud "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 yanvar 2006-cı il tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olaraq hazırlayır. Elektron vergi hesab-fakturasının tərtib edilməsi, ləğv edilməsi, dəqiqləşdirilməsi, əvəzləşdirilən elektron vergi hesab-fakturaları barədə məlumatların sistemə daxil edilməsi üzrə əməliyyatların həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir.
4-2. Bu Qaydaların 4-1-ci bəndinə uyğun olaraq hazırlanmış elektron vergi hesab-fakturasının təsdiq edilərək göndərilməsini satıcı qismində aşağıdakı şəxslər gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirə bilərlər:
4-2.1. vergi ödəyicisi olan fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri;
4-2.2. bu Qaydaların 4-2.1-ci yarımbəndində qeyd edilmiş şəxsin özü və ödəniş sənədlərini təsdiq etməyə səlahiyyəti olan digər şəxs (şəxslər).".
4-3. Elektron vergi hesab-fakturasının bu Qaydaların 4-2.2-ci yarımbəndinə uyğun təsdiq edilərək göndərilməsinin ödəniş sənədlərini təsdiq etməyə səlahiyyəti olan digər şəxs (şəxslər) tərəfindən həyata keçirilməsinə icazənin verilməsi bu Qaydaların 4-2.1-ci yarımbəndində qeyd edilmiş şəxslər tərəfindən İnternet Vergi İdarəsində yaradılmış "Səlahiyyətlərin idarə edilməsi" menyusundan istifadə edilməklə, gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilir.".
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
1 Aprel 2014, 16:04
28 Oktyabr 2014, 09:10
Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Miloş Zemana ətraflı...
28 Oktyabr 2014, 09:10
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında ətraflı...
28 Oktyabr 2014, 09:10
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında ətraflı...
27 Oktyabr 2014, 09:10
E.M. Ramazanovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
27 Oktyabr 2014, 09:10
Türkmənistanın Prezidenti Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova ətraflı...
27 Oktyabr 2014, 09:10
Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Haynts Fişerə ətraflı...
23 Oktyabr 2014, 09:10
Macarıstanın Prezidenti Zati-aliləri cənab Yanoş Aderə ətraflı...
22 Oktyabr 2014, 09:10
23 dekabr 2014-cü il ilə təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasının nəzdində işçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə ətraflı...
22 Oktyabr 2014, 09:10
23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə ətraflı...
22 Oktyabr 2014, 09:10
“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrəəsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi barədə ətraflı...