Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 78

Bakı şəhəri, 13 mart 2014-cü il

 Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli  261 nömrəli qərarı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

 "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər KabinetiQƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008,  № 11, maddə 1040; 2010, № 2, maddə 157, № 3, maddə 264, № 10, maddə 911; 2012, № 8, maddə 833) ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"3.1. Təhsilalanların aşağıdakı xərcləri dövlət tərəfindən maliyyə-ləşdirilir:

  3.1.1. təhsil haqqı;

  3.1.2. viza və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması  xərcləri;

  3.1.3. yaşayış (yataqxana, gündəlik qidalanma, yerli nəqliyyatdan istifadə, internet xidməti, telefon danışıqları) xərcləri;

  3.1.4. zəruri tədris ədəbiyyatı ilə təminat xərcləri;

  3.1.5. tibbi sığorta xərcləri;

  3.1.6. ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərcləri.".

2. 3.5-ci və 3.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

"3.5. Yaşayış xərclərinə təhsilalanların yataqxana, gündəlik qidalanma, yerli nəqliyyatdan istifadə, internet xidməti, telefon danışıqları aiddir və bu xərclər təhsilalanın ölkəyə daxil olduğu tarixdən etibarən, təhsil müddətinin sonunadək olan dövrü əhatə edir. Təhsilalan təhsil aldığı ölkəyə daxil olduqdan sonra həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq, bakalavr səviyyəsi üzrə Kanada və Böyük Britaniya - 8 ay, digər ölkələr - 9 ay, magistratura səviyyəsi üzrə Böyük Britaniya - 12 ay, digər ölkələr - 10 ay, aspirantura, doktorantura, rezidentura səviyyələri üzrə - 12 ay üçün ödəmələr həyata keçirilir.

3.6. Təhsilalanın təhsil müddəti tədris ili ərzində daha böyük dövrü əhatə etdiyi təqdirdə,  təhsilalanın əlavə müddət üçün yaşayış xərcləri xarici ölkənin ali məktəbləri, tərəfdaş qurumları və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və digər nümayəndəlikləri tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunan məlumatlara uyğun olaraq maliyyələşdirilir.".

3. Aşağıdakı məzmunda 3.6-1-ci, 3.6-2-ci, 3.6-3-cü və 3.6-4-cü bəndlər əlavə edilsin:

"3.6-1. Əlavə müddət üçün yaşayış xərcləri hesablanarkən, bu Qaydaların 3.6-cı bəndində göstərilən qurumlar tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunan məktubda qeyd edilən tədris ilinin başa çatma tarixinə qədər olan müddət əsas götürülür. Bu zaman tədris ilinin sonuncu ayı üçün yaşayış xərcləri aidiyyəti ölkə üzrə aylıq yaşayış xərci normasının bir günə düşən məbləğini təhsil müddətinin müvafiq ay üzrə başa çatma tarixinə qədər olan günlərin sayına vurmaqla müəyyən edilir.

3.6-2. İxtisasartırma və yenidənhazırlanma səviyyələri üzrə təhsilalanların yaşayış xərcləri bu Qaydaların 3.6-cı bəndində göstərilən qurumlar tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunan məlumatlar əsasında ödənilir.

3.6-3. Tərəfdaş qurumlarla bağlanan  müqavilələr çərçivəsində təhsilalanların yaşayış xərcləri bu qurumların təqdim etdiyi məlumatlar əsasında ödənilir.

3.6-4. Təhsil müəssisəsində tədrisin başlama tarixinə nisbətən təhsilalan hər hansı səbəbə görə gec qeydiyyatdan keçdiyi təqdirdə, təhsilalanın yaşayış xərci üçün nəzərdə tutulmuş təqaüdün məbləği gecikmə müddətinə uyğun olaraq azaldılır.".

4. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"4.1. Təhsilalanların xaricdə təhsili ilə bağlı xərclər bu Qaydaların 3.6-cı bəndində göstərilən qurumlar tərəfindən verilən məlumatlar əsasında müəyyən edilir.".

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

                                 

 

 

 

 

18 Mart 2014, 14:03

http://cabmin.gov.az/

10391—10400 / 10511

21 Yanvar 2014, 09:01

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Yanvar 2014, 09:01

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 845-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Yanvar 2014, 09:01

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Yanvar 2014, 09:01

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 844-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Yanvar 2014, 09:01

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Yanvar 2014, 09:01

“Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Yanvar 2014, 09:01

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Yanvar 2014, 09:01

“Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 627-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Yanvar 2014, 09:01

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Yanvar 2014, 09:01

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...