“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263) aşağıdakı dəyişikliklər edilsin:
1.1. Preambulada “dövlət tənzimlənməsinin və nəzarətinin” sözləri “tənzimləmə və nəzarətin” sözləri ilə əvəz edilsin.
1.2. 1.1.9-cu maddə aşağıdakı redaksiyada verilsin:
“1.1.9. maliyyə bazarlarına nəzarət orqanı – maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum;”.
1.3. Mətn üzrə ismin müvafiq hallarında “sığorta nəzarəti orqanı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
1.4. 2.2-ci maddədə “hüquqi” sözü “xarakterli” sözü ilə əvəz edilsin.
1.5. 7.5-ci maddədə “aktlarına” sözü “və normativ xarakterli aktlarına” sözləri ilə əvəz edilsin.
1.6. 13.2-ci maddədə “aktlar” sözü “və normativ xarakterli aktlar” sözləri ilə əvəz edilsin.
1.7. 16.5-ci maddədən “müvafiq icra hakimiyyəti orqanının tapşırığı əsasında” sözləri çıxarılsın.
1.8. 53.1.2-ci maddədə “dövlət orqanının” sözləri “orqanın” sözü ilə əvəz edilsin.
1.9. 56.1.1-ci maddədə “aktlara” sözü “və normativ xarakterli aktlara” sözləri ilə əvəz edilsin.
1.10. 12-ci fəslin adında “dövlət tənzimləməsi və nəzarəti” sözləri “tənzimləmə və nəzarət” sözləri ilə əvəz edilsin.
1.11. 95-ci maddə üzrə:
1.11.1. adında “dövlət tənzimləməsi və nəzarətinin” sözləri “tənzimləmə və nəzarətin” sözləri ilə əvəz edilsin;
1.11.2. 95.1-ci maddədə “dövlət tənzimləməsinin və nəzarətinin” sözləri “tənzimləmənin və nəzarətin” sözləri ilə əvəz edilsin;
1.11.3. 95.1.4-cü maddədə “dövlətin maraqlarının” sözləri “ümumdövlət və ictimai əhəmiyyət daşıyan maraqların” sözləri ilə əvəz edilsin.
1.12. 96-cı maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 96. Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar
Sığorta bazarının peşəkar iştirakçıları maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyirlər.”.
1.13. 102.2.6-cı maddədə “96.1.2-ci maddəsində müəyyən edilmiş məcburi ayırmaların” sözləri “96-cı maddəsində nəzərdə tutulmuş haqların” sözləri ilə əvəz edilsin.
1.14. 123.2-ci maddədə “səlahiyyətli dövlət orqanına” sözləri “maliyyə bazarlarına nəzarət orqanına” sözləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun qüvvəyə mindiyi tarixədək sığorta, təkrarsığorta və sığorta vasitəçiliyi fəaliyyətlərinə verilmiş lisenziyalar, habelə həmin fəaliyyətlərdən irəli gələrək verilmiş icazələr qanunla müəyyən edilmiş hallarda ləğv edilənədək öz qüvvəsini saxlayır və onların yenidən rəsmiləşdirilməsi tələb olunmur.
Maddə 3. Maliyyə bazarlarına nəzarət haqqında müvafiq qanun qəbul edilənədək sığorta bazarında peşəkar fəaliyyətin yoxlanılması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən qaydada aparılır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il.
11 Mart 2016, 10:03
11 Fevral 2023, 11:02
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
11 Fevral 2023, 11:02
Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
11 Fevral 2023, 11:02
Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
9 Fevral 2023, 15:02
Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
9 Fevral 2023, 15:02
A.Y.Şarovskinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
9 Fevral 2023, 15:02
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
9 Fevral 2023, 15:02
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
9 Fevral 2023, 15:02
“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
9 Fevral 2023, 15:02
“Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
9 Fevral 2023, 15:02
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...