“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 58; 2010, № 3, maddə 178, № 4, maddə 276; 2011, № 12, maddə 1104; 2013, № 11, maddə 1274; 2014, № 2, maddə 81, № 10, maddə 1159, № 11, maddə 1361; 2015, № 11, maddə 1294) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“1.0.5. maliyyə monitorinqi orqanı – müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum;”.
2. 4.0.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“4.0.3. investisiya şirkətləri;”.
3. 4.0.4-cü maddədə “kredit təşkilatları” sözləri “hüquqi şəxslər” sözləri ilə əvəz edilsin.
4. 6.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“6.1.1. kredit təşkilatları, lizinq xidmətləri göstərən hüquqi şəxslər, investisiya şirkətləri, investisiya fondları, sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri, pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr, lotereya təşkilatçısı, lombardlar və daşınmaz əmlakın alğı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər üçün – maliyyə monitorinqi orqanı;”.
5. 6.1.2, 6.1.4 və 6.2-ci maddələr ləğv edilsin.
6. 6.1.3-cü maddədən “sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri,” sözləri çıxarılsın.
7. 17.1-ci maddədə “dövlət orqanını” sözləri “qurumu” sözü ilə əvəz edilsin.
8. 17.7-ci maddədə “Əsasnamə” sözü “Nizamnamə” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il.
10 Mart 2016, 09:034 Dekabr 2017, 09:12
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
4 Dekabr 2017, 09:12
Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında ətraflı...
1 Dekabr 2017, 10:12
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında ətraflı...
1 Dekabr 2017, 09:12
Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
1 Dekabr 2017, 09:12
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında ətraflı...
30 Noyabr 2017, 10:11
Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası ətraflı...
30 Noyabr 2017, 10:11
“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətində kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası ətraflı...
30 Noyabr 2017, 10:11
Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası ətraflı...
30 Noyabr 2017, 10:11
“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin NİZAMNAMƏSİ ətraflı...
30 Noyabr 2017, 10:11
“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında ətraflı...