2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 noyabr 2015-ci il tarixli 151 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Babalı Hafiz Ərköyün oğlu 9 noyabr 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək seçkiqabağı təşviqatın aparılmasında ona müvafiq şəraitin yaradılmamasını, səsvermə günü seçki dairəsinin bəzi məntəqələrində qanun pozuntularının baş verdiyini iddia etmiş, həmin məntəqələr üzrə səsvermənin nəticələrini, dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 42/105 saylı qərarının ləğv edilməsini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir. H.Ə.Babalı araşdırmada iştirak etmiş, səsvermə günü müşahidəçiləri tərəfindən seçki məntəqələrində tərtib edilməsi ehtimal olunan bir neçə akt araşdırmaya təqdim olunmuş, onun Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.
Ərizəçi müraciətində səsvermə günü 42 saylı Sumqayıt ikinci seçki dairəsinin 5, 6, 7, 8, 9, 11, 12, 13, 15, 16, 18, 19, 25, 27, 29, 32, 34, 35, 37 və 38 saylı seçki məntəqələrində seçicilərin şəxsiyyət vəsiqələrinin və barmaqlarının yoxlanılması, mürəkkəblə işarələnməsi prosesinin müşahidəçilər tərəfindən müşahidə edilə bilməməsini, müşahidə üçün normal şəraitin yaradılmamasını, seçki məntəqəsinin ərazisində qeydiyyatda olmayan seçicilərin səs verməsini, bir şəxsin iki dəfə seçki məntəqəsinə daxil olmasını, seçki bülleteni almış seçicilərin imzalarının və istifadə edilməmiş seçki bülletenlərinin sayılmamasını, seçki məntəqəsində videoçəkilişin aparılmasına icazə verilməməsini, bir seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokolun surətinin onun tərəfindən təyin edilmiş məşvərətçi səs hüquqlu komissiya üzvünə verilməməsini, seçki məntəqələri üzrə seçici fəallığının aşağı olmasını, səslərin sayılması və səsvermənin nəticələrinin müəyyən edilməsi zamanı qanun pozuntularına yol verildiyini bildirərək yuxarıda qeyd edilən seçki məntəqələrindən yalnız 15-i üzrə səsvermənin nəticələrinin ləğv edilməsini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını tələb etmişdir.
Araşdırma prosesində ərizəçi H.Ə.Babalı tərəfindən təqdim edilmiş səsvermə günü müxtəlif seçki məntəqələrində tərtib edilməsi iddia edilən aktlar araşdırılmış, bəzi aktlar arasında ziddiyyətin olduğu, digər aktların isə eyni məzmunlu və ümumi xarakterli olduğu müəyyən edilmişdir.
Belə ki, səsvermə günü həmin seçki dairəsinin 5 saylı seçki məntəqəsində H.Ə.Babalının müşahidəçiləri T.İ.Ağalarbəyli, R.Ə.Nağıyev və R.V.Əhmədzadə tərəfindən səslərin sayılması zamanı yol verilmiş qanun pozuntuları barədə saat 20.00-da tərtib edilmiş akt həmin şəxslər tərəfindən eyni saatda 6 saylı seçki məntəqəsi üzrə də tərtib edildiyindən qeyd edilən aktlar etibarlı hesab edilərək sübut kimi qiymətləndirilə bilməz. Çünki müxtəlif seçki məntəqələrində pozuntunun baş verməsi barədə eyni şəxslərin eyni vaxtda akt tərtib etmələri qeyri-mümkündür. Bundan başqa, 5 saylı seçki məntəqəsi məntəqə seçki komissiyası sədrinin arayışı əsasında müəyyən edilmişdir ki, səsvermə günü R.Ə.Nağıyev həmin seçki məntəqəsində müşahidəçi kimi qeydiyyatdan keçməmişdir.
Araşdırma prosesində aydın olmuşdur ki, 7 saylı seçki məntəqəsində iddia edilən pozuntulara dair saat 8.00-da müşahidəçi S.Ə.Zeynalov tərəfindən akt tərtib edilsə də, məntəqə seçki komissiyası sədrinin verdiyi arayışdan görünür ki, S.Ə.Zeynalov həmin seçki məntəqəsində müşahidəçi kimi saat 14.43-də qeydiyyatdan keçmişdir.
Bundan başqa, 9 saylı seçki məntəqəsində müşahidəçi E.S.Hacıyev tərəfindən saat 19.00-da iddia edilən pozuntulara dair akt tərtib edilsə də, məntəqə seçki komissiyası sədrinin verdiyi arayışa əsasən müəyyən edilir ki, E.S.Hacıyev həmin seçki məntəqəsini saat 14.10-da tərk etmiş və gün ərzində həmin seçki məntəqəsinə qayıtmamışdır.
Göründüyü kimi, müraciətdə göstərilən halların təsdiq edilməsi ilə bağlı H.Babalı tərəfindən təqdim edilən bəzi aktların düzgünlüyü və möhtəbərliyi şübhə doğurduğundan, onlar sübut kimi qiymətləndirilə bilməz.
Araşdırma prosesində ərizəçinin mübahisələndirdiyi seçki məntəqələri üzrə 5 saylı seçki məntəqəsində müşahidəçi olmuş M.A.Aslanov, Z.İ.Quliyeva, Z.H.Şıxıyeva, Ə.Y.Əliyev, V.F.Ələkbərov, məntəqə seçki komissiyasının sədri A.H.Hüseynov, katibləri N.B.Ağayeva, S.Ə.Xankişiyeva, üzvləri A.Abbasova, N.Lətifova, D.A.Novruzova və məşvərətçi səs hüquqlu üzvü Ə.S.Quliyev, 6 saylı seçki məntəqəsinin müşahidəçiləri K.U.Ələkbərov, S.A.Mahmudova, N.A.Mikayılov, C.F.Cəfərova, F.S.İslamov, məntəqə seçki komissiyasının sədri R.T.Əlirzayeva, katibləri M.V.İsayeva, T.A.Məmmədov, üzvləri H.B.İbrahimova, G.A.Ağazadə, A.A.Novruzov və məşvərətçi səs hüquqlu üzvü S.C.Quliyeva, 7 saylı seçki məntəqəsinin müşahidəçiləri G.S.Şükürova, E.C.Rzayev, H.Ə.Hüseynov, B.M.Paşayev, M.X.Ağayev, L.M.Nəcəfova, A.M.Quliyeva, Y.A.İsmayılova, T.F.Xalıqova, məntəqə seçki komissiyasının sədri Q.A.Abdurahmanov, katibləri S.S.Nəcəfquliyeva, N.A.Talehli, üzvləri M.S.Verdiyeva, S.N.Bağırova, Q.T.Rusdemova və məşvərətçi səs hüquqlu üzvü F.A.Fətəliyev, 8 saylı seçki məntəqəsinin müşahidəçiləri S.B.Mustafayeva, A.S.Səmədova, M.Ç.Həsənova, E.C.Rzayev, T.T.İbrahimli, Y.Atakişiyeva, M.V.Əzizov, J.Y.Bünyatova, məntəqə seçki komissiyasının sədri M.Əliyev, katibləri S.Ş.İsmayılova, V.H.İsayeva, üzvləri F.Kamran qızı, Z.İ.Babayev və məşvərətçi səs hüquqlu üzvü S.Ş.Səmədli, 9 saylı seçki məntəqəsinin müşahidəçiləri S.N.Şəfiyev, S.M.Ağayeva, N.Z.Bağırov, məntəqə seçki komissiyasının sədri R.K.Məhərrəmov, katibləri K.İ.Quliyeva, F.S.Orucova, üzvləri K.C.Vəlizadə, S.H.İsayeva, R.R.Qasımzadə, 10 saylı seçki məntəqəsinin müşahidəçiləri C.M.Hacınski, A.S.Köçərli, C.C.Əhmədova, S.Nəzərova, E.Əliyev, G.İ.Məmmədova, Z.Süleymanova, K.Quliyeva, məntəqə seçki komissiyasının üzvləri E.Dəmirov, T.B.Quliyeva, Q.Ş.Qədəşova, E.A.Sadıqlı, V.Hüseynov, R.Süleymanova və məşvərətçi səs hüquqlu üzvü N.Ə.Aslanlı, 12 saylı seçki məntəqəsinin müşahidəçiləri N.Ə.İsmayılov, Ə.Ə.Məmmədov, İ.N.Məmmədov, C.N.Abbasova, Q.İ.Əliyev, V.H.Əmirov, Z.İ.Əliyeva, A.Ş.Davudova, V.Ə.Xəlilova, T.H.Mehdiyeva, məntəqə seçki komissiyasının sədri F.H.Məmmədov, katibləri S.Ə.Ələkbərova, D.M.Abdullayeva, üzvləri T.Ə.Atakişiyeva, F.İ.Bağromova, N.R.Əşrəfova, 13 saylı seçki məntəqəsinin müşahidəçiləri R.S.Vəliyeva, T.M.Xəlilova, Z.B.Cabbarova, F.R.Ağahüseynov, M.İ.Ələsgərova, R.S.Fətəliyeva, İ.Q.Quliyev və məşvərətçi səs hüquqlu üzvü V.Ə.Bayramzadə, məntəqə seçki komissiyasının sədri N.M.Süleymanov, katibləri S.Ə.Quliyeva, M.M.Əlimirzəyev, üzvləri S.Ə.Mehdiyev, F.İ.Hümbətova, M.E.İsgəndərova, 15 saylı seçki məntəqəsinin müşahidəçiləri Y.A.Kazımova, M.M.Həmzəyev, B.M.Mustafayev, Z.A.Pirəliyeva, S.M.Mustafayeva, S.Ə.Tağıyeva, İ.X.Abbasova, R.Ə.Atakişiyev, məntəqə seçki komissiyasının sədri N.M.Təhməzov, katibləri N.Y.Novruzova, S.H.Bədəlova, üzvləri A.M.Məmmədova, G.Q.Qədimalıyeva, C.B.Yusifova və məşvərətçi səs hüquqlu üzvü C.Ə.Quliyev, 16 saylı seçki məntəqəsinin müşahidəçiləri İ.A.Ağayev, P.R.Babayeva, M.M.Rəhimov, Ə.Ə.Abbasov, Z.A.Qurbanov, məntəqə seçki komissiyasının sədri N.K.Dadaşova, katibləri K.K.Məmmədova, M.P.Baxşiyeva, üzvləri Ş.R.Quliyeva, A.Ə.Heydərova, N.S.Cəfərov və məşvərətçi səs hüquqlu üzvü E.K.Maqsudov, 18 saylı seçki məntəqəsinin müşahidəçiləri N.Q.Əhmədova, N.C.Haqverdiyeva, G.M.Müzəffərova, E.B.Qasımova, Ş.B.İbrahimova və məşvərətçi səs hüquqlu üzvü Ə.Ə.Qurbanov, məntəqə seçki komissiyasının üzvləri Q.Q.Mikayılov, A.C.Əliyeva, Ş.Z.Nağıyeva, T.E.Sadıqlı, S.G.Əsədova, 19 saylı seçki məntəqəsinin müşahidəçiləri E.Ə.Pərvanəyeva, R.Cəbrayılova, M.Kazımova, A.Qurbanova, F.Z.Aslanova, A.R.Cəfərova, O.R.Abdullayeva, Ç.Ə.Tağıyev, İ.F.Bağırlı, Z.Ə.Məlikova, məntəqə seçki komissiyasının üzvləri Y.Ə.Rzayev, L.Ş.Səmədova, P.Ə.Babayeva, E.C.Fərzəliyeva, S.R.Məmmədova, 25 saylı seçki məntəqəsinin müşahidəçiləri Z.Ə.Zeynalova, M.B.Hacıyeva, G.F.Kərimova, Ç.Ə.Bəylərova, K.R.Quliyev, məntəqə seçki komissiyasının üzvləri T.E.Dumanova, Y.Əbilova, R.C.Akimova, Z.A.Musayeva, Z.H.Nağıyeva, Ə.Abbasova, 27 saylı seçki məntəqəsinin müşahidəçiləri M.B.Məmmədova, N.Ş.Cəbrayılova, M.M.Mir-Ələkbərov, A.S.Cəfərova, M.İ.Məmmədova, K.S.Hüseynova, X.Ə.Novruzova, məntəqə seçki komissiyasının üzvləri M.S.Quliyev, T.İ.Babayeva, A.A.Atamova, R.Ə.Rzayeva, K.H.Hacıyeva, T.İmanova, 37 saylı seçki məntəqəsinin müşahidəçiləri S.A.Allahverdiyeva, A.B.Məmmədova, H.E.Hüseynova, X.F.Hüseynova, S.Q.Cəbiyeva, A.R.İmanova, R.H.Zülfüqarova, M.A.Gülməmmədova, M.X.Məmmədova, M.C.Abdullayeva, E.F.Rəcəbli, S.Y.Babayeva, məntəqə seçki komissiyasının üzvləri S.A.Allahverdiyeva, A.B.Məmmədova, H.E.Hüseynova və X.F.Hüseynova öz izahatlarında müşahidəçilər üçün sərbəst və maneəsiz müşahidə aparmaq üçün normal şərait yaradıldığını, sərbəst müşahidənin aparılması zamanı qanun pozuntularının baş verməsi barədə məntəqə seçki komissiyalarına hər hansı bir müraciət daxil olmadığını, səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyaları protokollarının surətlərini heç bir maneə olmadan aldıqlarını və seçki məntəqəsini tərk etdiklərini, səsvermə və səslərin hesablanması prosesində hər hansı qanun pozuntusuna rast gəlmədiklərini bildirmişlər.
Ərizəçi müraciətində 29, 32, 34, 35 və 38 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini tələb etməsə də, araşdırma zamanı iddia edilən qanun pozuntuları həmin seçki məntəqələrində səsvermə günü iştirak etmiş seçki subyektlərinin izahatları ilə təkzib olunmuşdur.
Bundan başqa, dairə seçki komissiyası tərəfindən təqdim edilmiş arayışdan görünür ki, həmin seçki dairəsinin ərazisində seçkiqabağı təşviqatın aparılması üçün seçkiqabağı təşviqat subyektlərinə bərabər imkanlar və şərait yaradılmış, seçki dairəsi üzrə qeydə alınmış namizədlər müxtəlif vaxtlarda seçicilərlə sərbəst görüşlər keçirmişlər. Bu hal qeydə alınmış namizədlər T.F.Mirkişili, T.T.Mirzəyeva, Ə.İ.Qafarov, N.R.Səlimova və K.A.Səfərlinin izahatları ilə də öz təsdiqini tapmışdır. Eyni zamanda seçkiqabağı təşviqatın aparılmasında hüquqlarının pozulması halları ilə bağlı dairə seçki komissiyasına hər hansı bir müraciət daxil olmamışdır.
Müraciətə əlavə edilmiş informasiya daşıyıcısı müvafiq qaydada təqdim edilmədiyindən sübut kimi qiymətləndirilə bilməz.
Araşdırma zamanı müəyyən edilmişdir ki, H.Ə.Babalı səsvermə günü seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntularının araşdırılması ilə bağlı 42 saylı Sumqayıt ikinci seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, komissiya qanunla müəyyən edilmiş qaydada və müddətdə həmin müraciətə 7 noyabr 2015-ci ildə baxmış və əsaslandırılmış qərar qəbul etmişdir.
Beləliklə, 42 saylı Sumqayıt ikinci seçki dairəsinin dislokasiyasında olan bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar da öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları olmadığından deputatlığa qeydə alınmış namizəd Babalı Hafiz Ərköyün oğlunun müraciəti əsassız hesab edilərək təmin edilməməli, dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 42/105 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Babalı Hafiz Ərköyün oğlunun 9 noyabr 2015-ci il tarixli 151 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və həmin seçki dairəsi dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 42/105 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
13 Noyabr 2015, 09:1125 Sentyabr 2014, 09:09
Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
25 Sentyabr 2014, 09:09
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında ətraflı...
24 Sentyabr 2014, 09:09
İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
24 Sentyabr 2014, 09:09
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında ətraflı...
24 Sentyabr 2014, 09:09
Azərbaycanın yəhudi icmasına ətraflı...
23 Sentyabr 2014, 09:09
SəudiyyəƏrəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda ətraflı...
23 Sentyabr 2014, 09:09
İki Müqəddəs Ocağın Xadimi, SəudiyyəƏrəbistanının Kralı Əlahəzrət Abdullah bin Əbdüləziz Al Səuda ətraflı...
22 Sentyabr 2014, 09:09
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında ətraflı...
22 Sentyabr 2014, 09:09
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
22 Sentyabr 2014, 09:09
Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında haqqında ətraflı...