2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 oktyabr 2015-ci il tarixli 27 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əsədov Garay Xəlil oğlu 3 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Namizəd G.X.Əsədov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, həmin dairənin ərazisində seçicilərin imzasını toplayaraq imza vərəqələrini və ona əlavə edilmiş digər zəruri sənədləri dairə seçki komissiyasına təqdim etmiş, lakin dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.
Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş G.X.Əsədovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədliyin qeydə alınması üçün etibarlı seçici imzalarının sayı yetərli olmamış, eyni zamanda təqdim edilən sənədlərdə namizədin məhkumluğu ilə bağlı məlumatlar düzgün göstərilməmişdir.
Araşdırma prosesində şikayətçi ilə əlaqə saxlanılmış onun iclasda iştirakı təmin edilmişdir.
Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 4 oktyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, G.X.Əsədovun namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqələrində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmışdır. Belə ki, namizəd tərəfindən toplanılmış seçici imzasından 515-i etibarlı hesab edilmişdir ki, bu da onun qeydə alınması üçün kifayət edir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.
Araşdırma zamanı namizəd G.X.Əsədovun ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu barədə dairə seçki komissiyasına qeyri-düzgün məlumat verməsi isə öz təsdiqini tapmadı.
Qeyd olunanlara əsasən şikayət əsaslı olduğundan təmin edilməli, 15 saylı Yasamal birinci seçki dairəsi dairə seçki komissiyasının G.X.Əsədovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 1 oktyabr 2015-ci il tarixli 23/50 saylı qərarı ləğv edilməli və o, həmin seçki dairəsindən namizəd kimi qeydə alınmalıdır.
Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 56-cı, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147.1-ci və 148-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əsədov Garay Xəlil oğlunun 3 oktyabr 2015-ci il tarixli 27 saylı müraciəti əsaslı olduğundan təmin edilsin, dairə seçki komissiyasının 1 oktyabr 2015-ci il tarixli 23/50 saylı qərarı ləğv edilsin.
2. 15 saylı Yasamal birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əsədov Garay Xəlil oğlu həmin seçki dairəsi üzrə deputatlığa namizəd kimi qeydə alınsın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
6 Oktyabr 2015, 09:10
21 Yanvar 2014, 08:01
Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 860-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Yanvar 2014, 08:01
“Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 627-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 868-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Yanvar 2014, 09:01
İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
17 Yanvar 2014, 09:01
İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Yanvar 2014, 09:01
2005-ci il noyabrın 25-də Moskva şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro haqqında Əsasnamə barədə Qərar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
17 Yanvar 2014, 08:01
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
17 Yanvar 2014, 08:01
Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Yanvar 2014, 08:01
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
17 Yanvar 2014, 08:01
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
15 Yanvar 2014, 08:01
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...