2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 oktyabr 2015-ci il tarixli 21 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 70 saylı Masallı şəhər seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Cəfərli Fikrət Novruz oğlu 1 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və həmin qərarın ləğv edilməsini xahiş etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Namizəd F.N.Cəfərli müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 70 saylı Masallı şəhər seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyası tərəfindən onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edilmişdir.

Araşdırma prosesində müraciət etmiş namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmiş, o, iclasda iştirak edəcəyini bildirsə də, iclasda iştirak etməmişdir.

Dairə seçki komissiyası mübahisələndirilən qərarında namizədliyi irəli sürülmüş F.N.Cəfərli tərəfindən təqdim edilmiş 548 seçici imzasından 208-nin etibarsız olmasını əsas götürərək namizədin qeydə alınmasından imtina etmişdir.

Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası müəyyən edilmiş bütün halları və əsasları öz qərarında dəqiqliklə əks etdirməsə də, göstərilən əsaslarla namizəd F.N.Cəfərlinin namizədliyinin qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

Belə ki, deputatlığa namizəd tərəfindən namizədin qeydə alınması üçün təqdim olunmuş 11 imza vərəqəsindəki 548 seçici imzası toplamış şəxslərdən 3 (üç) nəfəri yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək F.N.Cəfərlinin imza toplama prosesində iştirak etmədiklərini və onların adından qoyulan imzaların onlara aid olmamasını bildiriblər.

Seçki Məcəlləsinin 113.1.1-ci maddəsinə əsasən, seçki komissiyası namizədin qeydiyyata alınmasından onun tərəfindən bu Məcəlləyə uyğun təqdim etdiyi məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.

Namizəd tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş imzalardan 200-nün qeyd edilən əsaslara görə etibarsızlığı əhəmiyyətli xarakter daşıdığından və həmin imzalar çıxıldıqdan sonra yerdə qalan 348 imza namizədin qeydə alınması üçün kifayət etmədiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən dairə seçki komissiyasının digər əsaslarla etibarsız hesab etdiyi imzaların yoxlanılmasına zərurət qalmamışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair 70 saylı Masallı şəhər seçki dairəsi dairə seçki komissiyasının 29 sentyabr 2015-ci il tarixli 23/70 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 112-ci, 112-1-ci, 113-1.1-ci, 147-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 70 saylı Masallı şəhər seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Cəfərli Fikrət Novruz oğlunun 1 oktyabr 2015-ci il tarixli 21 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 29 sentyabr 2015-ci il tarixli 23/70 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlansın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

5 Oktyabr 2015, 09:10

http://www.azertag.net

9461—9470 / 10511

14 Oktyabr 2014, 09:10

“Dairə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair   ətraflı...

14 Oktyabr 2014, 09:10

Yenidən yaratma və dəyişikliklər etmə yolu ilə bir sıra seçki dairələrinin hüdudlarında, dislokasiyalarında, sxemlərində və qrafik təsvirlərində dəyişiklik edilməsi barədə   ətraflı...

14 Oktyabr 2014, 09:10

Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mübariz Qəhrəman oğlu Qurbanlının səlahiyyətlərinə xitam verilməsi barədə   ətraflı...

14 Oktyabr 2014, 09:10

Cari ildə keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri iləəlaqədar dairə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün maarifləndirmə tədbirlərinin təşkilinə dair   ətraflı...

14 Oktyabr 2014, 09:10

R.H.Abdullayevə və Ç.Ə.Məmmədova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

14 Oktyabr 2014, 09:10

İ.N.Əliyevə və E.X.Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

14 Oktyabr 2014, 09:10

N.S.Hacıyevin Gəncə şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında   ətraflı...

13 Oktyabr 2014, 09:10

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə   ətraflı...

13 Oktyabr 2014, 09:10

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə   ətraflı...

9 Oktyabr 2014, 15:10

Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında   ətraflı...