2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 sentyabr 2015-ci il tarixli 06 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Ağazadə Ənvər Sərdar oğlu 23 sentyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd Ə.S.Ağazadə müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçici imzaları toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.
Dairə seçki komissiyası namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Ə.S.Ağazadənin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin müdafiəsi üçün seçici imzaları Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydaların pozulması ilə toplanılmışdır.
Araşdırma prosesində müəyyən edilmişdir ki, namizədin müdafiəsi üçün iki imza vərəqəsində olan 100 seçici imzası seçki dairəsinin ərazisində olan müvafiq bələdiyyələrin iştirakı ilə onların üzvləri və qulluqçuları tərəfindən toplanılmışdır. Bununla da, Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, həmin maddəyə görə, dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir.
Eyni zamanda, imza vərəqələrinə seçici kimi daxil edilmiş 40 nəfərin həmin seçki dairəsinin ərazisində qeydiyyatda olmadığı və yaşamadığı müəyyən edilmişdir.
Seçki Məcəlləsinin 56.2-ci və 147.1-ci maddələrinə görə namizədin müdafiəsi üçün azı 450 seçici imzası onun irəli sürüldüyü seçki dairəsinin ərazisində toplanmalıdır.
Namizəd Ə.S.Ağazadənin müdafiəsi üçün toplanmış 550 seçici imzasından yuxarıda qeyd edilən əsaslara görə 140-ı etibarsız hesab edildiyi və qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olduğu üçün Seçki Məcəlləsinin 59.12-ci maddəsinin tələbinə uyğun olaraq, o, namizəd kimi qeydə alınmamalıdır.
Qeyd olunanlara əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 72 saylı Yardımlı-Masallı seçki dairəsi dairə seçki komissiyasının Ə.S.Ağazadənin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 21 sentyabr 2015-ci il tarixli 11/32 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56-cı, 57-ci, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Ağazadə Ənvər Sərdar oğlunun 23 sentyabr 2015-ci il tarixli 06 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının 21 sentyabr 2015-ci il tarixli 11/32 saylı qərarı qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Natiq Məmmədov
Katib Arifə Muxtarova
Üzvlər Şaitdin Əliyev
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Bəxşeyiş Əsgərov
Etibar Quliyev
28 Sentyabr 2015, 09:0927 Noyabr 2013, 09:11
“Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 noyabr tarixli 182 nömrəli... ətraflı...
27 Noyabr 2013, 09:11
“Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 977 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
25 Noyabr 2013, 09:11
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 Noyabr 2013, 09:11
V.T.Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
21 Noyabr 2013, 09:11
Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə ətraflı...
21 Noyabr 2013, 09:11
Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman ətraflı...
21 Noyabr 2013, 09:11
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
21 Noyabr 2013, 09:11
M.X.Allahverdiyevə “Əməkdar tibb işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Noyabr 2013, 08:11
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Noyabr 2013, 08:11
Azərbaycan Respublikası hakimlərinin və ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...