2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Sosial Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Sosial Demokrat Partiyası səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Sosial Demokrat Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

 

 

1.1. Səlahiyyətli nümayəndələr:

 

Əliyeva Sevda Xanhüseyn qızı

Həsənov Kamil Babalı oğlu

Məmmədov Elçin Təhməz oğlu

Həbibillayev İlham Teyfuq oğlu

Babayeva Günel Rauf qızı

Əsədov Cavanşir Yaşar oğlu

 

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

 

Babayev Rauf Rafiq oğlu

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

7 Sentyabr 2015, 09:09

http://www.azertag.net

10281—10290 / 10511

14 Fevral 2014, 09:02

Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında   ətraflı...

14 Fevral 2014, 09:02

Gəncə şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında   ətraflı...

14 Fevral 2014, 09:02

Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında   ətraflı...

14 Fevral 2014, 08:02

“Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...

13 Fevral 2014, 08:02

Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

Azərbaycan Respublikası Energetika Nazirliyinin yaradılması iləəlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 897-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

12 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi H.Ə.Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...