“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. həmin Qanunun qəbulu ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirlərinin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.4. həmin Qanunun 3.6-cı maddəsinə uyğun olaraq, dövlət və bələdiyyə qiymətli kağızlarının emissiyası və tədavülü qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.5. həmin Qanunun 62.3-cü maddəsinə uyğun olaraq, ofşor zonaları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.6. həmin Qanunun 89.1.2-ci maddəsinə uyğun olaraq, mərkəzi depozitarın illik xalis mənfəətindən məcburi ayırmaların faizini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 3.6-cı, 62.3-cü və 89.1.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.2. həmin Qanunun 1.0.22-ci, 3.7-ci, 3.8-ci, 5.3-cü, 5.5.3-cü, 5.5.4-cü, 5.6.3-cü, 5.9-cu, 5.11-ci, 8.13-cü (birinci cümlədə), 8.15-ci, 8.16-cı, 11.2-ci, 12-ci (ikinci cümlədə), 16.1-ci (ikinci cümlədə), 19.5.2-ci, 30.6-cı, 31.3-cü, 31.5-ci, 34.4-cü, 37.3-cü, 38.13-cü, 39.5-ci, 40.3-cü, 40.4-cü, 41.4-cü, 43.5-ci, 47.4.2-ci, 48.3-cü, 50.8-ci, 53.2.2-ci, 58.7-ci, 61.9-cu, 61.14-cü (ikinci cümlədə), 63.2-ci (ikinci cümlədə), 75.11.2-ci, 75.12-ci, 77.5-ci (ikinci cümlədə), 77.7-ci, 77.8-ci, 78.5-ci, 80.8-ci, 81.6-cı, 82.1-ci (ikinci cümlədə), 82.3-cü, 84.2-ci (üçüncü cümlədə) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir;
2.3. həmin Qanunun 16.16.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir;
2.4. həmin Qanunun 22.7-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər.
3. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi:
3.1. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 3.7-ci, 3.8-ci, 5.3-cü, 5.5.3-cü, 5.5.4-cü, 5.6.3-cü, 5.9-cu, 5.11-ci, 8.13-cü (birinci cümlədə), 8.15-ci, 8.16-cı, 11.2-ci, 12-ci (ikinci cümlədə), 19.5.2-ci, 30.6-cı, 31.3-cü, 31.5-ci, 34.4-cü, 37.3-cü, 38.13-cü, 39.5-ci, 40.3-cü, 40.4-cü, 41.4-cü, 43.5-ci, 47.4.2-ci, 48.3-cü, 50.8-ci, 53.2.2-ci, 58.7-ci, 61.9-cu, 61.14-cü (ikinci cümlədə), 63.2-ci (ikinci cümlədə), 75.11.2-ci, 75.12-ci, 77.5-ci (ikinci cümlədə), 77.7-ci, 77.8-ci, 78.5-ci, 80.8-ci, 81.6-cı, 82.1-ci (ikinci cümlədə), 82.3-cü, 84.2-ci (üçüncü cümlədə) maddələrindən irəli gələn normativ hüquqi aktları beş ay müddətində qəbul etsin;
3.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə həmin Qanunun 22.7-ci maddəsinin ikinci cümləsindən irəli gələn normativ hüquqi aktları üç ay müddətində qəbul etsin.
4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təklifləri əsasında Milli Depozit Mərkəzinin yeni nizamnaməsini bir ay müddətində təsdiq etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Milli Depozit Mərkəzinin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görsünlər.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2015-ci il.
15 İyul 2015, 09:073 Mart 2014, 16:03
"Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...
3 Mart 2014, 16:03
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında ətraflı...
3 Mart 2014, 16:03
"Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında ətraflı...
3 Mart 2014, 09:03
Əliş Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
3 Mart 2014, 09:03
R.M.Seyfullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 17:02
K.M.Abdullayevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 17:02
K.M.Abdullayevin Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 09:02
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ətraflı...
27 Fevral 2014, 16:02
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında ətraflı...
27 Fevral 2014, 16:02
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında ətraflı...