Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:
Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının aşağıdakı kəndlərinin adları dəyişdirilsin:
1. Ağcabədi rayonu üzrə:
Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsi tərkibindəki Qiyaməddinli kəndi Yuxarı Qiyaməddinli kəndi adlandırılsın.
2. Ağdam rayonu üzrə:
Üçoğlan kənd inzibati ərazi dairəsi tərkibindəki Baharlı kəndi Gül Baharlı kəndi adlandırılsın.
3. Ağdaş rayonu üzrə:
Yuxarı Nemətabad kənd inzibati ərazi dairəsi tərkibindəki Yeniarx kəndi Aşağı Qobuüstü kəndi adlandırılsın.
4. Astara rayonu üzrə:
Pensər kənd inzibati ərazi dairəsi tərkibindəki Telman kəndi Çayoba kəndi adlandırılsın.
5. Bərdə rayonu üzrə:
Şatırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qazaxlar kəndi Birinci Qazaxlar kəndi adlandırılsın.
6. Cəlilabad rayonu üzrə:
6.1. Ağdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Kövüzbulaq kəndi Soyuqbulaq kəndi, Badamağac kəndi Güneyli kəndi adlandırılsın;
6.2. Xanəgah kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Çəmənli kəndi adlandırılsın.
7. Gədəbəy rayonu üzrə:
7.1. Böyük Qaramurad kənd inzibati ərazi dairəsi tərkibindəki Qurudərə kəndi Gülallı kəndi adlandırılsın;
7.2. Çobankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Yenikənd kəndi Qızılqaya kəndi adlandırılsın;
7.3. Əmiraslanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qasımağalı kəndi Çaykənd kəndi adlandırılsın;
7.4. Şahdağ kənd inzibati ərazi dairəsi tərkibindəki Arabaçı kəndi Çiçəkli kəndi adlandırılsın.
8. Göyçay rayonu üzrə:
Çərəkə kənd inzibati ərazi dairəsi tərkibindəki Cəyirli kəndi Şıxlar kəndi adlandırılsın.
9. Xaçmaz rayonu üzrə:
Qalağan kənd inzibati ərazi dairəsi tərkibindəki İlxıçı kəndi Məmmədxanlı kəndi adlandırılsın.
10. İsmayıllı rayonu üzrə:
Müdri kənd inzibati ərazi dairəsi tərkibindəki Cülyan kəndi Yuxarı Cülyan kəndi adlandırılsın.
11. Kəlbəcər rayonu üzrə:
11.1. Comərd kənd inzibati ərazi dairəsi tərkibindəki Qaragüney kəndi Tağılar kəndi adlandırılsın;
11.2. Daşbulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Alçalı kəndi Günəşqaya kəndi adlandırılsın;
11.3. Günəşli kənd inzibati ərazi dairəsi tərkibindəki Alçalı kəndi Ağbulaq kəndi adlandırılsın;
11.4. Əsrik kənd inzibati ərazi dairəsi tərkibindəki Tirkeşəvənd kəndi Alıbəyli kəndi adlandırılsın.
12. Kürdəmir rayonu üzrə:
Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabucaq kəndi Axtaçı Qarabucaq kəndi adlandırılsın.
13. Quba rayonu üzrə:
Amsar kənd inzibati ərazi dairəsi tərkibindəki Digah kəndi Yuxarı Digah kəndi adlandırılsın.
14. Laçın rayonu üzrə:
Zerti kənd inzibati ərazi dairəsi tərkibindəki Ağbulaq kəndi Sarıbaba kəndi adlandırılsın.
15. Tərtər rayonu üzrə:
15.1. Azad Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Aşağı Qapanlı kəndi adlandırılsın;
15.2. Qapanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Yuxarı Qapanlı kəndi adlandırılsın və Qapanlı kənd inzibati ərazi dairəsi Yuxarı Qapanlı kənd inzibati ərazi dairəsi hesab edilsin;
15.3. Soyulan kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Alışarlı kəndi adlandırılsın;
15.4. Dəmirçilər kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Ağkənd kəndi adlandırılsın;
15.5. Düyərli kənd inzibati ərazi dairəsi tərkibindəki Sarıcalı kəndi Yuxarı Sarıcalı kəndi adlandırılsın;
15.6. Qaraağacı kənd inzibati ərazi dairəsi tərkibindəki Qaradağlı kəndi Yuxarı Qaradağlı kəndi adlandırılsın.
16. Ucar rayonu üzrə:
Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çiyni kəndi Yuxarı Çiyni kəndi adlandırılsın.
17. Zaqatala rayonu üzrə:
17.1. Dombabinə kənd inzibati ərazi dairəsi tərkibindəki Dombabinə kəndi Üçüncü Tala kəndi adlandırılsın və Dombabinə kənd inzibati ərazi dairəsi Üçüncü Tala kənd inzibati ərazi dairəsi hesab edilsin;
17.2. Əli Bayramlı kənd inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Dağlı kəndi adlandırılsın və Əli Bayramlı kənd inzibati ərazi dairəsi Dağlı kənd inzibati ərazi dairəsi hesab edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 may 2015-ci il.
18 İyun 2015, 09:0630 Oktyabr 2013, 08:10
Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 İyul 2013, 09:07
Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
5 İyul 2013, 09:07
Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
5 İyul 2013, 09:07
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 649-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 İyul 2013, 09:07
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 İyul 2013, 09:07
Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 İyun 2013, 09:06
“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi ba ətraflı...
25 İyun 2013, 09:06
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 Dekabr 2012, 16:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezi ətraflı...
26 Dekabr 2012, 14:12
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı ətraflı...