“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 405; 2001, № 11, maddələr 689, 690, № 12, maddə 736; 2002, № 5, maddə 242; 2003, № 1, maddələr 11, 16, № 6, maddə 256; 2004, № 1, maddə 10, № 4, maddə 202, № 5, maddə 314, № 6, maddə 397; 2005, № 2, maddə 62; 2006, № 2, maddə 67, № 11, maddə 923, № 12, maddə 1005; 2007, № 11, maddələr 1053, 1082; 2008, № 5, maddə 354; 2009, № 6, maddə 410; 2010, № 3, maddə 173, № 4, maddələr 275, 276; 2011, № 2, maddə 71, № 12, maddə 1074; 2012, № 6, maddə 523; 2014, № 8, maddə 956, № 11, maddə 1376; Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1134-IVQD və 1148-IVQD nömrəli qanunları) 21-ci maddəsinin 3-cü bəndində “vətəndaşlığından çıxdıqda” sözləri “vətəndaşlığına xitam verildikdə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2015-ci il.
5 May 2015, 09:0530 May 2014, 09:05
“Bələdiyyə seçkilərində xüsusi seçki hesablarının açılması qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair ətraflı...
30 May 2014, 09:05
“Bələdiyyə seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında ətraflı...
30 May 2014, 09:05
“Bələdiyyə seçkilərində namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”na dəyişikliklər edilməsinə dair ətraflı...
30 May 2014, 09:05
“Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, imza vərəqələrinin və onlara əlavə edilməli olan sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair ətraflı...
30 May 2014, 09:05
“Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları”na dəyişikliklər edilməsinə dair ətraflı...
30 May 2014, 09:05
“Bələdiyyə seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair ətraflı...
30 May 2014, 09:05
“Bələdiyyə seçkilərində seçicilərin təşəbbüs qruplarının yaradılması, namizədlərin öz təşəbbüsü ilə və ya seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair ətraflı...
30 May 2014, 09:05
“Seçkilərdə (referendumda) səsvermə günü istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin Siyahısı”na dəyişikliklər edilməsinə dair ətraflı...
30 May 2014, 09:05
“Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”a dəyişikliklər edilməsi haqqında ətraflı...
30 May 2014, 09:05
“Vətəndaşlığı olmayan şəxslərin vəəcnəbilərin seçkilərdə (referendumda) iştirakına dair Təlimat”a dəyişikliklər edilməsi haqqında ətraflı...