"Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 24

Bakı şəhəri, 2 fevral 2015-ci il

"Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının 1.1.2-ci və 1.1.5-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 582; 2007, № 11, maddə 1177; 2008, № 2, maddə 132; 2009, № 8, maddə 677; 2012, № 11, maddə 1197; 2014, № 5, maddə 549; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 2 oktyabr tarixli 322 nömrəli qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissəyə "yerli əhəmiyyətli avtomobil yolları," sözlərindən sonra "şəhər avtomobil yolları," sözləri əlavə edilsin.

2. Həmin qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri" üzrə:

2.1. "Ümumi istifadədə olan avtomobil yollarının təsnifat göstəriciləri" bölməsi üzrə:

2.1.1. 4-cü hissədə "və yerli əhəmiyyətli" sözləri ", yerli əhəmiyyətli və şəhər" sözləri ilə əvəz edilsin;

2.1.2. aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:

 "6. Ödənişli avtomobil yolları.";

2.2. "Müdafiə təyinatlı yollara aid edilən respublika, yerli və sahə avtomobil yollarının təsnifat göstəriciləri" bölməsi üzrə:

2.2.1. adına "yerli" sözündən sonra ", şəhər" sözü əlavə edilsin;

2.2.2. birinci hissədə "və yerli əhəmiyyətli," sözləri ", yerli əhəmiyyətli, şəhər və" sözləri ilə əvəz edilsin;

2.3. "Dövlət avtomobil yollarının təsnifat göstəriciləri" bölməsinin 2-ci hissəsində "və yerli əhəmiyyətli" sözləri ", yerli əhəmiyyətli və şəhər" sözləri ilə əvəz edilsin;

2.4. "Bələdiyyə avtomobil yollarının təsnifat göstəriciləri" bölməsi üzrə:

2.4.1. 1-ci hissəyə "sahə" sözündən əvvəl "şəhər," sözü əlavə edilsin;

2.4.2. 2-ci hissədə "Şəhər, qəsəbə və başqa yaşayış məntəqələri daxilində" sözləri "Şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrinin ərazisində" sözləri ilə əvəz edilsin;

2.5. aşağıdakı məzmunda doqquzuncu bölmə əlavə edilsin:

 "Şəhər avtomobil yollarının təsnifat göstəriciləri

1. Şəhərin küçə-yol şəbəkəsinin tərkib hissəsi olan, ayrı-ayrı funksional zonaları arasında, bu zonaların daxilində və (və ya) şəhərin digər ərazilərində yük və sərnişin daşımalarını təmin edən avtomobil yolları.

2. Şəhər avtomobil yolları şəhər ərazisinin bir hissəsini təşkil edir, sərhədləri qırmızı xətlə (şəhərsalma sənədləri ilə müəyyənləşdirilmiş və mikrorayonların, məhəllələrin, habelə digər planlaşdırma strukturlarının ərazilərini küçə və meydanlardan ayıran sərhədlər) müəyyənləşdirilir və nəqliyyatın, piyadaların hərəkəti və yaşıllıqların yerləşdirilməsi üçün nəzərdə tutulur.

3. Azərbaycan Respublikasında şəhər avtomobil yolları nəqliyyat vasitələrinin hərəkətini təmin etmək əhəmiyyətinə və istifadə imkanlarına görə aşağıdakı kimi təsnif edilir:

3.1. magistral avtomobil yolları;

3.2. ümumşəhər əhəmiyyətli prospekt, küçə və yollar;

3.3. rayon əhəmiyyətli prospekt, küçə və yollar;

3.4. qəsəbə və kəndlər arası yollar;

3.5. qəsəbələrin, kəndlərin küçə və yolları, habelə məhəllədaxili yollar (bələdiyyə mülkiyyətində olan yollar istisna olmaqla).

4. Magistral avtomobil yolları - şəhərin rayonlarını, eləcə də hava və dəniz limanlarını, dəmiryol stansiyalarını, qoruq və istirahət zonalarını birləşdirən və nəqliyyatın yüksəksürətli hərəkətini küçə və yol kəsişmələrində tikilən müxtəlifsəviyyəli yol qovşaqları vasitəsilə təmin edən avtomobil yollarıdır.

5. Ümumşəhər əhəmiyyətli prospekt, küçə və yollar şəhərin sərhədləri daxilində yaşayış, sənaye rayonları və ictimai mərkəzlər arasında, eləcə də şəhər ərazisindəki sürətli hərəkət yolları ilə digər prospekt və küçələr arasında yolları birləşdirən və müxtəlifsəviyyəli yol qovşaqları, həmçinin digər küçələrlə kəsişmələrdə tikilmiş eyni səviyyəli yol qovşaqları vasitəsilə nəqliyyatın hərəkətini təmin edən avtomobil yollarıdır.

6. Rayon əhəmiyyətli prospekt, küçə və yollar - rayonun daxilində yerləşən və ümumşəhər əhəmiyyətli prospekt və küçələrlə nəqliyyatın əlaqəsini təmin edən avtomobil yollarıdır. Digər küçələrlə kəsişmələri əsasən bir səviyyədə olur.

7. Qəsəbə və kəndlər arası yollar ümumşəhər və rayon əhəmiyyətli prospekt, küçə və yollar ilə qəsəbə və kənd yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrini təmin edən yollardır.

8. Qəsəbələrin, kəndlərin küçə və yolları, habelə məhəllədaxili yollar (bələdiyyə mülkiyyətində olan yollar istisna olmaqla) - qəsəbə və kəndlər, mikrorayon və digər yaşayış zonaları daxilində, ictimai mərkəzlər, idarə və müəssisələr, xidmət müəssisələri arasında nəqliyyat və piyada hərəkətini təmin edən yollar.".

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

19 Fevral 2015, 09:02

http://cabmin.gov.az/

3451—3460 / 10511

16 İyul 2018, 08:07

“Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 avqust tarixli 1345 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

16 İyul 2018, 08:07

S.B.İmamverdiyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

16 İyul 2018, 08:07

“Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1228-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

16 İyul 2018, 08:07

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

16 İyul 2018, 08:07

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1229-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

16 İyul 2018, 08:07

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

16 İyul 2018, 08:07

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

16 İyul 2018, 08:07

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ümumdünya Meteorologiya Təşkilatı arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

16 İyul 2018, 08:07

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 10 avqust tarixli 178 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

16 İyul 2018, 08:07

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1326-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 673 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...