2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 dekabr 2014-cü il tarixli 19 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 54 saylı Şabran – Siyəzən seçki dairəsindən Pirəmsən bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsayev Elxan Hüseyn oğlu 11 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, müvafiq dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydə alınıb-alınmaması barədə ona sənəd təqdim edilmədiyini bildirmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmişdir.
Vətəndaş E.H.İsayev şikayətini onunla əsaslandırmışdır ki, 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 54 saylı Şabran – Siyəzən seçki dairəsindən Pirəmsən bələdiyyəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, həmin bələdiyyə ərazisində seçicilərin imzasını toplayaraq imza vərəqəsini və ona əlavə edilmiş digər zəruri sənədləri DSK-ya təqdim etmiş, lakin müvafiq dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydə alınıb-alınmaması barədə ona sənəd təqdim edilməmişdir.
Araşdırma prosesində müəyyən edilmişdir ki, E.H.İsayev 54 saylı Şabran – Siyəzən seçki dairəsindən Pirəmsən bələdiyyəsi üzvlüyünə namizəd kimi DSK-nın 18 noyabr 2014-cü il tarixli 19/47 saylı qərarı ilə qeydə alınmışdır. Lakin sonradan E.H.İsayevin müraciəti əsasında DSK-nın 5 dekabr 2014-cü il tarixli 26/65 saylı qərarı ilə onun Pirəmsən bələdiyyəsi üzrə namizəd kimi qeydiyyatı ləğv edilmişdir.
Ərizəçi E.H.İsayev 13 dekabr 2014-cü ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyindən imtina etmədiyini bildirmiş və onun namizəd kimi qeydiyyata alınması barədə DSK-nın müvafiq qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.
Beləliklə, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma ilə dairə seçki komissiyasının müvafiq qərarının ləğv edilməsi və şikayətin təmin edilməsi üçün hüquqi əsasların olması müəyyən edilmişdir. Buna görə də 54 saylı Şabran – Siyəzən seçki dairəsi dairə seçki komissiyasının E.H.İsayevin Pirəmsən bələdiyyəsi üzrə namizəd kimi qeydiyyatının ləğv edilməsi barədə 5 dekabr 2014-cü il tarixli 26/65 qərarı ləğv edilməlidir.
Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 73-1.2-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 54 saylı Şabran – Siyəzən seçki dairəsindən Pirəmsən bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsayev Elxan Hüseyn oğlunun 11 dekabr 2014-cü il tarixli 19 saylı müraciəti təmin edilsin.
54 saylı Şabran – Siyəzən seçki dairəsi dairə seçki komissiyasının İsayev Elxan Hüseyn oğlunun namizəd kimi qeydiyyatının ləğvinə dair 5 dekabr 2014-cü il tarixli 26/65 saylı qərarı ləğv edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
15 Dekabr 2014, 09:1211 Yanvar 2018, 09:01
A.M.Əzizovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
11 Yanvar 2018, 09:01
F.A.Babayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
8 Yanvar 2018, 09:01
Xaçmaz rayonunun Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
4 Yanvar 2018, 09:01
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə”də, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturu”nda, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin ümumi say tərkibi”ndə və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə ətraflı...
4 Yanvar 2018, 09:01
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 882-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
4 Yanvar 2018, 09:01
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
4 Yanvar 2018, 09:01
“ASAN xidmət” işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında ətraflı...
4 Yanvar 2018, 09:01
“Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il 15 noyabr tarixli 378-IIQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
4 Yanvar 2018, 09:01
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqında ətraflı...
4 Yanvar 2018, 09:01
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017 ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...