Azərbaycan Beynəlxalq 20-ci “BakuTel–2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarına
Hörmətli sərgi və konfrans iştirakçıları!
Sizi ölkəmizin paytaxtı Bakı şəhərində səmimi qəlbdən salamlayır, Azərbaycan Beynəlxalq 20-ci “BakuTel–2014” telekommunikasiya və informasiya texnologiyaları yubiley sərgisi və konfransının işinə müvəffəqiyyətlər arzulayıram.
Son illər gerçəkləşdirilən mühüm layihələr Azərbaycanın dayanıqlı və şaxələnmiş iqtisadi potensialını daha da gücləndirmişdir. Ölkə iqtisadiyyatının prioritet hədəflərdən olan informasiya-kommunikasiya texnologiyalarının inkişafında yüksək göstəricilər əldə edilmişdir və indi əhalinin əksəriyyəti genişzolaqlı internet istifadəçisidir.
“Azərspace–1” ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəticəsində kosmik ölkələr sırasına qoşulan ölkəmizin təşəbbüskarı olduğu “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qətnamələri ilə dəstəklənmişdir və mərhələlərlə reallaşdırılmaqdadır. İnformasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün Milli Strategiyanın qəbul edilməsi dövlətimizin bu sahədə siyasətinin ardıcıl xarakter daşıdığının bariz nümunəsidir.
“BakuTel” sərgi və konfransı artıq öz uğurlu fəaliyyətinin 20 illiyini qeyd edir. Bu ənənəvi tədbiriniz ötən dövr ərzində qabaqcıl texnoloji nailiyyətlərin və yeniliklərin təqdimatına, biznes əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinə və eləcə də ölkəmizlə yaxından tanışlığa imkan verən tribunaya çevrilmişdir. Şərqlə Qərb və Şimalla Cənub arasında körpü təşkil edən Azərbaycanın tarixi İpək Yolunun virtual məkana keçirilməsinə dair təşəbbüsü mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir.
İnanıram ki, sərgi və konfrans çərçivəsində aparacağınız səmərəli müzakirələr qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə töhfələr verəcəkdir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 dekabr 2014-cü il.
2 Dekabr 2014, 09:121 İyun 2018, 09:06
“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 50 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 İyun 2018, 09:06
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 İyun 2018, 09:06
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 İyun 2018, 09:06
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 İyun 2018, 09:06
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”da dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2018, 09:06
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
31 May 2018, 08:05
Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
31 May 2018, 08:05
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
31 May 2018, 08:05
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1118-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
31 May 2018, 08:05
“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...