Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin XII Beynəlxalq Forumunun iştirakçılarına
Əziz gənclər!
Sizi və sizin simanızda ASAİF-in bütün üzvlərini növbəti toplantınızın işə başlaması münasibətilə təbrik edirəm.
Müasir dünyada baş verən proseslərin təhlili göstərir ki, qabaqcıl ölkələrin qazandığı uğurların təməlində, ilk növbədə, elm və təhsil, intellektual potensial və texnoloji tərəqqi dayanır. Məhz buna görə də biz Azərbaycan gənclərinin mükəmməl təhsil almaları, öz imkan və bacarıqlarını reallaşdıra bilmələri üçün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl tədbirlər görürük. Bu məqsədlə paytaxt və regionlarda fəaliyyət göstərən tədris müəssisələrinin binaları yenilənərək müasir avadanlıqlarla təchiz edilir, ali məktəblərin maddi-texniki bazası möhkəmləndirilir, dövrün tələblərinə uyğun dərsliklər və dərs vəsaitləri hazırlanır.
Təhsil sahəsində həyata keçirilən ən mühüm tədbirlərdən biri də 2007-ci ildə təsdiq edilmiş Dövlət Proqramı əsasında minlərlə gəncin inkişaf etmiş ölkələrin qabaqcıl ali məktəblərinə göndərilməsidir. Biz onların Azərbaycana yüksək ixtisaslı mütəxəssis və bacarıqlı menecerlər kimi qayıtmasını arzulayırıq. Təqdirəlayiq haldır ki, xaricdə oxuyan tələbələrimiz elmin əsaslarına dərindən yiyələnmək üçün inadla çalışır, məzun olub Vətənə döndükdən sonra öz biliklərini ölkə həyatının müxtəlif sahələrində uğurla tətbiq edə bilirlər.
Biz həmin gəncləri həm də Azərbaycanın xaricdəki qeyri-formal elçiləri kimi görmək istəyirik. Hesab edirik ki, onlar yaşadıqları cəmiyyətlərin ictimai-siyasi və mədəni həyatına sıx inteqrasiya olunmalı, ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və müasir inkişafı ilə bağlı məlumatları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri tələbə yoldaşlarına, yerli əhaliyə və dünya ictimaiyyətinə çatdırmaq istiqamətində məqsədyönlü iş aparmalıdırlar.
Xaricdə təhsil alan gənclərimiz oxuduqları ali məktəblərdə, şəhər və ölkələrdə təşkilatlanmalı, səfirliklərimiz və diaspor qurumları ilə yaxından əməkdaşlıq etməlidirlər. Onların fəaliyyətini koordinasiya etmək üçün yaradılmış ASAİF də yalnız Azərbaycanda və Avropanın müxtəlif ölkələrində tədbirlər keçirməklə kifayətlənməməli, hazırda təhsil alan və məzun olmuş gənclərlə davamlı iş mexanizmi qurmalıdır.
Hesab edirəm ki, Forum iştirakçıları yuxarıda qeyd olunan məsələlər və xaricdə təhsillə bağlı digər problemlər ətrafında səmərəli müzakirələr aparacaq, əməli təklif və tövsiyələr hazırlayacaqlar. Toplantının işinə uğurlar, hər birinizə təhsilinizdə, ictimai və əmək fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2014-cü il.
8 Sentyabr 2014, 09:09
5 Noyabr 2014, 09:11
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
5 Noyabr 2014, 09:11
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1038 IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
5 Noyabr 2014, 09:11
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
4 Noyabr 2014, 09:11
“Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1034-IVQD nömrəli Qanununun tətbiqi və “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
4 Noyabr 2014, 09:11
“Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
4 Noyabr 2014, 09:11
“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1030 IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
4 Noyabr 2014, 09:11
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1032-IVQD nömrəli Qanununun tətbiqi və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
4 Noyabr 2014, 09:11
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
4 Noyabr 2014, 09:11
“Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1029-IVQD nömrəli Qanununun tətbiqi və “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 407 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
4 Noyabr 2014, 09:11
“Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...