Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 281
Bakı şəhəri, 15 avqust 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişikliklər edilməsi barədə
"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 936-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 aprel tarixli 409 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 745; 2010, № 11, maddə 1041, № 12, maddə 1125; 2011, № 4, maddə 372; 2013, № 8, maddə 1025, № 12, maddə 1629; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 iyul tarixli 257 nömrəli qərarı) ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.5.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
"3.5.4. avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsi;".
2. 4.17-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"4.17. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa, avtonəqliyyat vasitəsinin işçi heyətinin üzvləri əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.".
3. 10.1.11-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"10.1.11. sığorta olunanın "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş hüquqlarından istifadə etmək.".
4. 11.3.14-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
"11.3.14. bu Qaydaların 4.17-ci bəndində nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsini təmin etmək;".
5. XV hissənin adında "Pretenziya və iddiaların" sözləri "Pretenziyaların" sözü ilə əvəz edilsin.
6. 15.5-ci bənd ləğv edilsin.
7. 16.10.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
"16.10.4. bu Qaydaların 4.17-ci bəndində nəzərdə tutulmuş icbari sığorta növləri həyata keçirilmədikdə;".
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
26 Avqust 2014, 09:08
26 Fevral 2014, 09:02
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında ətraflı...
26 Fevral 2014, 09:02
Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında ətraflı...
21 Fevral 2014, 09:02
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında ƏSASNAMƏ ətraflı...
21 Fevral 2014, 09:02
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin STRUKTURU ətraflı...
21 Fevral 2014, 09:02
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
20 Fevral 2014, 10:02
"Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nın və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında ətraflı...
19 Fevral 2014, 17:02
R.S.Auşevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
18 Fevral 2014, 08:02
Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
17 Fevral 2014, 09:02
A.M. Paşayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
14 Fevral 2014, 09:02
“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında ətraflı...