Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsi və fasiləsiz enerji təminatı üçün zəruri infrastrukturun yaradılması, radioyayım şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, eləcə də milli radiotezlik resursundan səmərəli istifadə məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün avadanlığın alınması və quraşdırılması, eləcə də mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsini dəstəkləyən zəruri infrastrukturun yaradılması və istismar xərclərinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 13,7 milyon (on üç milyon yeddi yüz min) manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirlərin icrası ilə əlaqədar növbəti üç il ərzində istismar xərclərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq illər üzrə dövlət büdcəsi layihəsində nəzərdə tutulmasını təmin etsin;

2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2023-cü il

 

 

24 İyul 2023, 12:07

http://www.azertag.az

9071—9080 / 10511

16 Dekabr 2014, 09:12

Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Nursultan Nazarbayevə   ətraflı...

16 Dekabr 2014, 09:12

Bəhreynin Kralı Əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifəyə   ətraflı...

16 Dekabr 2014, 09:12

G.M. Vəliyevaya “Əməkdar Hüquqşünas” fəxri adının verilməsi haqqında   ətraflı...

16 Dekabr 2014, 09:12

A.Ş. Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

16 Dekabr 2014, 09:12

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında   ətraflı...

16 Dekabr 2014, 09:12

S.B.Əsədova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

16 Dekabr 2014, 09:12

X.M.Nəcəfova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

15 Dekabr 2014, 09:12

"Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 avqust tarixli 212 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

15 Dekabr 2014, 09:12

"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

15 Dekabr 2014, 09:12

"Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...