“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı, 9.4-cü, 9.5-ci maddələrində, 14.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 14.12-ci, 16.1.2 – 16.1.4-cü, 18.1 – 18.3-cü maddələrində, 18.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 18.5-ci, 19.4-cü, 19.6-cı, 20.2-ci, 20.3-cü maddələrində və 22.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 14.12-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 14.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;
1.4. həmin Qanunun 9.4-cü maddəsində, 18.4-cü maddəsinin ikinci cümləsində, 18.5-ci, 20.2-ci və 20.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.5. həmin Qanunun 1.1.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti nəzərdə tutulur;
1.6. həmin Qanunun 9.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;
1.7. həmin Qanunun 14.5-ci maddəsinin birinci cümləsində “orqanlar (qurumlar)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur;
1.8. həmin Qanunun 16.1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.9. həmin Qanunun 16.1.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;
1.10. həmin Qanunun 16.1.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur;
1.11. həmin Qanunun 18.1 – 18.3-cü maddələrində, 18.4-cü maddəsinin birinci cümləsində, 19.4-cü, 19.6-cı maddələrində və 22.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. iki ay müddətində:
2.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.1.2. həmin Qanunun 14.5-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
2.1.3. həmin Qanunun 9.4-cü maddəsinə uyğun olaraq, yüksək riskli zonaların müəyyən edilmə əsaslarını, yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.1.4. həmin Qanunun 18.5-ci maddəsinə uyğun olaraq, maliyyə monitorinqi orqanına təqdim edilən məlumat və sənədlərin tərtib olunma formasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.1.5. həmin Qanunun 20.2-ci maddəsinə uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasını yaradıb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.1.6. həmin Qanunun 20.3-cü maddəsinə uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının iş qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. həmin Qanunun 18.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair qaydaları dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Fərmanın 1.7-ci bəndində nəzərdə tutulmuş orqanların (qurumların) informasiya sistemlərinin (ehtiyatlarının) Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiyasını beş ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti:
3.1. iki ay müddətində:
3.1.1. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 4.12-ci maddəsinə uyğun olaraq, müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri baxımından yüksək və aşağı risk faktorlarını, müştəri profilinin yüksək, orta və ya aşağı risk qrupuna aid edilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.1.2. həmin Qanunun 4.12-ci maddəsinə və 4.18-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, müştəri uyğunluğu tədbirlərinə, o cümlədən sadələşdirilmiş və gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinə dair tələbləri müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.1.3. həmin Qanunun 8.5-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinin həyata keçirilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.1.4. həmin Qanunun 10.5-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələbləri müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.1.5. həmin Qanunun 11.1.1-ci maddəsinə uyğun olaraq, maliyyə institutlarının maliyyə monitorinqi orqanına məlumat və sənədlər təqdim etməli olduqları nağd şəkildə həyata keçirilən əməliyyatların məbləğinin minimum həddini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.1.6. həmin Qanunun 11.1.2-ci maddəsinə uyğun olaraq, maliyyə institutlarının maliyyə monitorinqi orqanına məlumat və sənədlər təqdim etməli olduqları maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin minimum həddini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.1.7. həmin Qanunun 11.4-cü maddəsinin birinci cümləsinə uyğun olaraq, öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin maliyyə monitorinqi orqanına təqdim edilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.1.8. həmin Qanunun 11.5.2-ci maddəsinə uyğun olaraq, həmin Qanunun 11.2-ci və 11.5-ci maddələrində nəzərdə tutulan əməliyyatların məbləğinin minimum həddini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.1.9. həmin Qanunun 19.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, öhdəlik daşıyan şəxslərin, habelə həmin Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin geriyə məlumatlandırma prosedurunu müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün lazımi tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Mərkəzi Bankına və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş səlahiyyətlərinin icrası ilə əlaqədar zəruri olan məlumatları həmin Qanunun 14.5-ci maddəsində nəzərdə tutulmuş qaydada almasını təmin etmək üçün müvafiq informasiya sistemlərinin (ehtiyatlarının) Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiyasını təmin etsinlər.
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 4.2.3-cü maddəsinə uyğun olaraq, maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliyyatların aparılmasına dair qaydaları, 16.5-ci maddəsinə uyğun olaraq, ödəniş təşkilatlarına və elektron pul təşkilatlarına münasibətdə həmin Qanunun tələblərinin tətbiqi qaydalarını müəyyən etsin.
6. Bu Fərmanın 1-ci hissəsi 2023-cü il fevralın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 yanvar 2023-cü il
1 Fevral 2023, 08:0218 Oktyabr 2022, 14:10
N.A.Səmədovun Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Oktyabr 2022, 14:10
O.S.Qurbanovun Azərbaycan Respublikasının Mərakeş Krallığında, eyni zamanda Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Portuqaliya Respublikasında, Tunis Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Oktyabr 2022, 14:10
Ş.K.Mehdizadənin Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Oktyabr 2022, 14:10
A.L.İmanovun Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Oktyabr 2022, 14:10
F.İ.Qurbanovun Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Oktyabr 2022, 14:10
A.L.İmanovun Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında, eyni zamanda Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Oktyabr 2022, 14:10
Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Oktyabr 2022, 16:10
N.N.Ağayevin Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Oktyabr 2022, 16:10
İ.Y.Muxtarovun Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Oktyabr 2022, 16:10
L.Y.Abdullayevanın Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...