Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 avqust tarixli 154 nömrəli qərarı ilə təsdiq edilmiş "Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 243

Bakı şəhəri, 16 iyul 2014-cü il

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin  2005-ci  il  16 avqust tarixli 154  nömrəli qərarı  ilə  təsdiq  edilmiş  "Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində  standartlara  və  tələblərə  əməl  olunmasına  dövlət nəzarətinin   həyata  keçirilməsi  Qaydaları"nda   dəyişikliklər edilməsi haqqında

 "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 avqust tarixli 154 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 783; 2006, № 5, maddə 472; 2009, № 1, maddə 32, № 3, maddə 205; 2014,  № 2, maddə 201) ilə təsdiq edilmiş "Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissədə "əmlakı və ətraf mühit üçün təhlükə törədə" sözləri "dövlətin əmlak maraqları, habelə ətraf mühit üçün birbaşa və mühüm təhlükə törədə və ya mühüm zərər vura" sözləri ilə əvəz edilsin.

2. 5.1-ci bəndin birinci abzasında "əmlakı" sözü "dövlətin əmlak maraqları" sözləri ilə əvəz edilsin və ikinci abzasının ikinci cümləsindən "təsərrüfat subyektinin vəsaiti hesabına" sözləri çıxarılsın.

3. 7-ci hissəyə "Qanununa" sözündən sonra ", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri əlavə edilsin.

4. 9-cu hissə ləğv edilsin.

5. 10-cu hissənin altıncı abzasında "vermək" sözü "verilməsi" sözü ilə əvəz edilsin.

6. 11-ci hissə aşağıdakı redaksiyada verilsin:

"11. Dövlət nəzarətinin nəticələri "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq rəsmiləşdirilir. Dövlət nəzarət aktı, arayış və inzibati protokol, qüvvədə olan qanunvericiliyə uyğun olaraq müvafiq iradnamələr, tələbnamələr və göstərişlər inzibati qərarların qəbul edilməsi üçün əsas olan hüquqi sənədlərdir.".

7. 12-ci hissədə "vəzifəli şəxs" sözləri "orqan" sözü ilə əvəz edilsin.

8. 18-ci hissənin birinci abzasında "orqanlarının vəzifəli şəxsləri" sözləri "orqanları" sözü ilə və ikinci abzasında "və" sözü (ikinci halda) ", dövlət nəzarətini həyata keçirən orqanlar" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

1 Avqust 2014, 10:08

http://cabmin.gov.az/

10011—10020 / 10511

21 May 2014, 14:05

"Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

21 May 2014, 14:05

"Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

19 May 2014, 12:05

"Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

19 May 2014, 12:05

"Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi" və "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

19 May 2014, 12:05

"Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"in təsdiq edilməsi haqqında   ətraflı...

19 May 2014, 09:05

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

19 May 2014, 09:05

Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

19 May 2014, 09:05

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi haqqında Əsasnamənin və Mərkəzin strukturunun təsdiq edilməsi haqqında   ətraflı...

19 May 2014, 09:05

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarının təltif edilməsi haqqında   ətraflı...

19 May 2014, 09:05

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına “Əməkdar Mədəniyyət İşçisi” fəxri adının verilməsi haqqında   ətraflı...