Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2009-cu il 4 noyabr tarixli 580 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” 2010-cu il 15 yanvar tarixli 684 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2010-cu il 8 fevral tarixli 718 nömrəli, “2010-cu il oktyabrın 8-də Havana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1256 nömrəli, “2010-cu il oktyabrın 12-də Mexiko şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Rabitə və Nəqliyyat Katibliyi arasında telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1258 nömrəli və “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2011-ci il 20 may tarixli 1514 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 580 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 11, maddə 905; 2012, № 2, maddə 111; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 6, maddə 644, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677; 2021, № 7, maddə 814) 1-ci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 yanvar tarixli 684 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 1, maddə 20; 2012, № 2, maddə 122; 2014, № 2, maddə 112, № 6, maddə 644; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2021, № 7, maddə 825) 1-ci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 718 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 99, № 9, maddə 773; 2012, № 2, maddə 130; 2014, № 2, maddə 112, № 6, maddə 644, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677; 2021, № 7, maddə 816) 1-ci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.
4. “2010-cu il oktyabrın 8-də Havana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 dekabr tarixli 1256 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1095; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521) 2-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
5. “2010-cu il oktyabrın 12-də Mexiko şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Rabitə və Nəqliyyat Katibliyi arasında telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 dekabr tarixli 1258 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1097; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521) 2-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
6. “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 may tarixli 1514 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 419; 2014, № 6, maddə 644, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2017, № 8, maddə 1521; 2019, № 5, maddə 877; 2021, № 5, maddə 462) 1-ci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2022-ci il
2 İyun 2022, 14:0614 İyul 2014, 09:07
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
14 İyul 2014, 09:07
Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Nizamnaməsində nəzərdə tutulan milli orqanın müəyyən edilməsi haqqında ətraflı...
14 İyul 2014, 09:07
"Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
14 İyul 2014, 09:07
“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə ətraflı...
10 İyul 2014, 09:07
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
10 İyul 2014, 09:07
Z.İ.Qaralovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
10 İyul 2014, 09:07
Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) Səfirliyinin təsis edilməsi haqqında ətraflı...
10 İyul 2014, 09:07
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
10 İyul 2014, 09:07
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
10 İyul 2014, 09:07
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...