“Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində qulluq keçən dövlət qulluqçularına müalicə müavinəti ödənilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli 1855 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti ilə bağlı tədbirlər və “Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 692 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 noyabr tarixli 874 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində qulluq keçən dövlət qulluqçularına müalicə müavinəti ödənilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli 1855 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1054) adında və mətnində “Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində” sözləri “Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 sentyabr 2021-ci il

20 Sentyabr 2021, 19:09

http://www.azertag.az

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...