Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” 2000-ci il 23 dekabr tarixli 432 nömrəli, “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” 2001-ci il 4 iyul tarixli 526 nömrəli, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” 2002-ci il 24 avqust tarixli 769 nömrəli və “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 844; 2001, № 7, maddə 470, № 10, maddə 640; 2002, № 12, maddə 725; 2003, № 9, maddə 475, № 10, maddələr 569, 585; 2004, № 9, maddə 678; 2005, № 5, maddə 400; 2006, № 7, maddə 590; 2007, № 5, maddə 452, № 6, maddə 599, № 11, maddə 1097; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2013, № 10, maddə 1146; 2014, № 5, maddə 477; 2015, № 9, maddə 999; 2016, № 8, maddə 1384; 2019, № 3, maddə 413, № 5, maddə 826, № 6, maddə 1036) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2-ci bəndinin onuncu abzasının ikinci cümləsindən “və Turizm” sözləri çıxarılsın;

1.2. həmin Fərmanla təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 4-cü hissəsinin birinci cümləsindən “və Turizm” sözləri çıxarılsın.

2. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 526 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 463; 2005, № 10, maddə 918; 2006, № 9, maddə 743) 1-ci hissəsinin ikinci abzasından “və Turizm” sözləri çıxarılsın.

3. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 489; 2004, № 8, maddə 616; 2005, № 1, maddələr 15, 19; 2006, № 9, maddə 743; 2008, № 7, maddələr 612, 619, № 8, maddə 719; 2009, № 4, maddə 226; 2014, № 10, maddə 1213; 2015, № 9, maddə 977; 2016, № 1, maddə 44; 2017, № 3, maddələr 358, 381; 2018, № 6, maddə 1220, № 10, maddə 1989) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Fərmanla təsdiq edilmiş “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın 4-cü hissəsinin birinci və ikinci cümlələrindən “və Turizm” sözləri çıxarılsın;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın 13-cü hissəsindən “və Turizm” sözləri çıxarılsın;

3.3. həmin Fərmanla təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın 3.8-ci, 5.12-ci və 6.4-cü bəndlərindən “və Turizm” sözləri çıxarılsın;

3.4. həmin Fərmanla təsdiq edilmiş “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın 2.3-cü və 3.10-cu bəndlərindən “və Turizm” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 486; 2007, № 5, maddə 459; 2008, № 6, maddə 498, № 8, maddə 721; 2015, № 7, maddə 837; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 353; 2019, № 2, maddə 209, № 3, maddə 410, № 11, maddə 1701) ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a 8 nömrəli əlavə – “Geniş protokol nümunəsi”nin adından “və Turizm” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2021-ci il.

29 Yanvar 2021, 19:01

http://www.azertag.az

9081—9090 / 10511

15 Dekabr 2014, 09:12

"Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

15 Dekabr 2014, 09:12

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş "Patent müvəkkilləri haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə   ətraflı...

15 Dekabr 2014, 09:12

"Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında   ətraflı...

15 Dekabr 2014, 09:12

"Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

15 Dekabr 2014, 09:12

77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

15 Dekabr 2014, 09:12

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 dekabr 2014-cü il tarixli 20 saylı müraciətə baxılması barədə   ətraflı...

15 Dekabr 2014, 09:12

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 dekabr 2014-cü il tarixli 19 saylı müraciətə baxılmasına dair   ətraflı...

15 Dekabr 2014, 09:12

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 dekabr 2014-cü il tarixli 19 saylı müraciətə baxılması barədə   ətraflı...

15 Dekabr 2014, 09:12

Mərkəzi Seçki Komissiyasının 11 dekabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

12 Dekabr 2014, 09:12

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...