Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Bu il şəhər statusu almasının 70 illiyini qeyd edən Sumqayıt ötən dövr ərzində parlaq inkişaf yolu keçərək, ölkənin aparıcı sənaye mərkəzlərindən birinə çevrilmiş, eyni zamanda, elm, təhsil, mədəniyyət və digər sahələrdə böyük uğurlar əldə etmişdir.Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də sürətlə inkişaf edən Sumqayıt şəhərində qeyri-neft sənayesinin davamlı inkişafının təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən gücü 525 MVt olan Elektrik Stansiyası, “Sumqayıt-3” yarımstansiyası tikilmiş, “Azərkimya” İB-nin müəssisələri yenidən qurulmuş, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azgüntex” Zavodu, “Sağlam qida” Aqrar-Sənaye Kompleksi, “Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, “Gilan” Tekstil Parkı, Mis Emalı Zavodu, “Alyans Tekstil” MMC-nin uniformalar istehsalı fabriki, “Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı müəssisələri yaradılmış, Kimya Sənaye Parkında “Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodu, “STP” MMC-nin müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış zavodları, İnşaat Kimyəviləri Zavodu, Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, pestisid və aqrokimyəvi məhsulları, azot gübrəsi istehsalı, xortum və fitinq birləşmələri, sürtkü yağları, polipropilen və yüksək sıxlıqlı polietilen, elektron təhsil avadanlıqları, şüşə və saxsı məmulatları istehsalı müəssisələri, Məlumatların Emalı Mərkəzi istifadəyə verilmiş, 84 mindən çox yeni iş yeri açılmışdır.
Bununla yanaşı, şəhərdə sosialyönümlü bir sıra infrastruktur layihələri də yerinə yetirilmiş, o cümlədən Olimpiya və Paralimpiya İdman kompleksləri, Bayraq Muzeyi, Muğam Mərkəzi, Nizami kinoteatrı, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası inşa edilmiş, 1 nömrəli Şəhər Mərkəzi Xəstəxanasının, “Kimyaçılar” Mədəniyyət Sarayının, Sumqayıt Dövlət Dram Teatrının, Tarix Muzeyinin, 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, 3 nömrəli Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin binaları əsaslı təmir olunmuş, “ASAN xidmət” mərkəzi fəaliyyətə başlamış, dənizkənarı bulvar-kompleksinin ərazisi genişləndirilərək 146 hektara çatdırılmış, şəhər avtomobil yollarının yenidən qurulması, çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əsaslı işlər görülmüş, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Sumqayıt şəhərində 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi məqsədilə qərara alıram:
1. Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6,0 (altı) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 noyabr 2019-cu il.
22 Noyabr 2019, 08:1113 Mart 2014, 09:03
Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı ətraflı...
13 Mart 2014, 09:03
“Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında ətraflı...
13 Mart 2014, 09:03
“Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” Sazişin (2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə) təsdiq edilməsi barədə ətraflı...
12 Mart 2014, 13:03
"Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi məsələləri barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 25 oktyabr tarixli 230 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında ətraflı...
11 Mart 2014, 14:03
Azərbaycan Respublikasının “Beynəlxalq Üzüm və Şərab Təşkilatının təsis edilməsi haqqında” Sazişə qoşulması barədə ətraflı...
11 Mart 2014, 14:03
“Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
11 Mart 2014, 14:03
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
11 Mart 2014, 14:03
2013-cü il dekabrın 5-də Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikası, Avropa İttifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə”nin təsdiq edilməsi haqqında ətraflı...
11 Mart 2014, 14:03
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanına əlavə - “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
11 Mart 2014, 14:03
“Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 896-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...