“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 685; 2006, № 11, maddə 932; 2007, № 5, maddə 442, № 11, maddə 1053; 2016, № 6, maddə 969, № 12, maddə 1989; 2017, № 3, maddə 346; № 6, maddələr 1024, 1046, № 7, maddə 1266, № 12, I kitab, maddə 2255; 2018, № 6, maddə 1161) aşağıdakı məzmunda 33.1.9-3-cü maddə əlavə edilsin:

“33.1.9-3. operator və ya provayderin telekommunikasiya şəbəkəsinə qoşulmaqla təşkil edilən qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin qarşısının alınması üçün texniki vasitələrdən, avadanlıqlardan və ya proqram təminatından istifadə etməklə tədbirlər görmək;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2019-cu il.

18 Aprel 2019, 08:04

http://www.azertag.az

9391—9400 / 10511

31 Oktyabr 2014, 09:10

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1075-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

30 Oktyabr 2014, 09:10

Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Zati-aliləri cənab Evo Morales Aymaya   ətraflı...

30 Oktyabr 2014, 09:10

Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri xanım Dilma Russeffə   ətraflı...

29 Oktyabr 2014, 09:10

Ə.M.Rüstəmovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında   ətraflı...

29 Oktyabr 2014, 09:10

Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Əhməd Davudoğluna   ətraflı...

29 Oktyabr 2014, 09:10

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana   ətraflı...

29 Oktyabr 2014, 09:10

Gənclər siyasəti üzrə birinci qlobal forumun iştirakçılarına   ətraflı...

28 Oktyabr 2014, 09:10

Mərkəzi Seçki Komissiyasının 20 oktyabr və 21 oktyabr 2014-cü il tarixli iclas protokollarının təsdiq edilməsi barədə   ətraflı...

28 Oktyabr 2014, 09:10

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

28 Oktyabr 2014, 09:10

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında   ətraflı...