Tofiq Tağızadənin 100 illik yubileyinin keçirilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2019-cu ilin fevral ayında Azərbaycanın görkəmli kino rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Mehdiqulu oğlu Tağızadənin anadan olmasının 100 illiyi tamam olur. 

Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik rejissor kimi özünəməxsus dəst-xətti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirmiş və mədəniyyət tariximizdə dərin iz qoymuşdur. Sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm” və “Dədə Qorqud” filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir. Tofiq Tağızadənin respublikada kino işinin təşkili və kadr hazırlığı sahəsində də təqdirəlayiq xidmətləri vardır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qazandığı nailiyyətlərlə ölkə kinematoqrafiyasının daha da zənginləşməsi işinə dəyərli töhfələr vermiş Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100-cü ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 yanvar 2019-cu il.

25 Yanvar 2019, 08:01

http://www.azertag.az

8911—8920 / 10511

7 Yanvar 2015, 09:01

1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə   ətraflı...

7 Yanvar 2015, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı"nda dəyişiklik edilməsi haqqında   ətraflı...

7 Yanvar 2015, 09:01

"Dəniz terminalının operatoru tərəfindən realizə olunan yükün və ona görə hesablaşmaların uçotu Qaydası"nın təsdiqedilməsi haqqında   ətraflı...

7 Yanvar 2015, 09:01

"Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 iyun tarixli 141 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

7 Yanvar 2015, 09:01

"Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər"in və "Yoxlama haqqında şəhadətnamənin forması"nın təsdiq edilməsi haqqında   ətraflı...

7 Yanvar 2015, 09:01

"Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin Siyahısı"nın təsdiq edilməsi haqqında   ətraflı...

7 Yanvar 2015, 09:01

"Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi, kəmiyyət vahidləri etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə uyğunluğun qiymətləndirilməsi Qaydası"nın təsdiq edilməsi barədə   ətraflı...

7 Yanvar 2015, 09:01

Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması iləəlaqədar əlavə tədbirlər haqqında   ətraflı...

6 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2015-ci il tarixli 128 saylı müraciətə baxılması barədə   ətraflı...

6 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2015-ci il tarixli 119 saylı müraciətə baxılması barədə   ətraflı...