«Referendum haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə


«Azərbaycan» qəzetində dərc edilmişdir (4 iyul 2002-ci il № 149) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (2002-ci il, № 7, maddə 390)

Relizin Tarixi: 28.06.2002

«Referendum haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

«Referendum haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Referendum haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 140; 2001-ci il, № 6, maddə 362) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

II. 11-ci maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

«Referendumun hazırlanması və keçirilməsi «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş Milli Məclisə seçkilər üzrə seçki komissiyaları tərəfindən aşağıdakı qaydada təmin edilir:

    • Azərbaycan Respublikasının Mərkəzi referendum komissiyasının səlahiyyətlərini Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası;
    • Azərbaycan Respublikasının dairə referendum komissiyalarının səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə dairə seçki komissiyaları;
    • Azərbaycan Respublikasının məntəqə referendum komissiyalarının səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə məntəqə seçki komissiyaları həyata keçirir».

2. 12-ci, 13-cü və 14-cü maddələr çıxarılsın.

3. 16-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:

«Referendum komissiyalarının işi» Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə müvafiq olaraq təşkil edilir»;

    • 20-ci maddədə «28-ci və 29-cu maddələrində» sözləri «16-cı maddədə» sözü ilə əvəz edilsin;
    • 31-ci maddədə «53, 59-61-ci» rəqəmləri «70.2,70.3» rəqəmlərlə əvəz edilsin.

4. 17-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

«Referendum komissiyalarının fəaliyyəti üçün şəraitin təmin edilməsi «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə müvafiq olaraq həyata keçirilir».

5. 45-ci maddədə:

a) ikinci hissədə «Azərbaycan Respublikasının Ali Məhkəməsinə» sözləri «məhkəməyə» sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

«Məhkəmə şikayətə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş müddətdə baxır».

b) üçüncü hissə çıxarılsın.

III. Bu qanun imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 28 iyun 2002-ci il

№ 346-IIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (4 iyul 2002-ci il № 149) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (2002-ci il, № 7, maddə 390) («LegalActs» LLC).

30 dekabr 2003-cü il tarixli, 569-IIQD nömrəli qanuna əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).

© LegalActs LLC