Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 449) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.3.4-cü yarımbəndə “istisna olmaqla,” sözlərindən sonra “bu Nizamnamənin 7.1-ci bəndinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin;

1.2. 5.3.12-ci, 5.3.13-cü və 5.3.19-cu yarımbəndlərdə “Palatanın” sözü “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Palatanın” sözləri ilə əvəz edilsin;

1.3. 5.3.20-ci yarımbəndə “hallarda” sözündən sonra “, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla,” sözləri əlavə edilsin;

1.4. 5.3.23-cü yarımbənddə “Palatanın” sözü “Baş icraçı direktorun və İdarə Heyətinin səlahiyyətlərinə aid olmayan, Palatanın” sözləri ilə əvəz edilsin;

1.5. 7.2.1-ci yarımbəndə “Direktorlar Şurasının” sözlərindən sonra “barəsində qərar verilməsi Direktorlar Şurasının səlahiyyətlərinə aid olan” sözləri əlavə edilsin;

1.6. 9.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.1. Direktorlar Şurasının qərarlarını, normativ xarakterli aktlarını və öz səlahiyyətləri daxilində digər sənədləri Direktorlar Şurasının sədri, sədr olmadıqda isə sədrin müavini imzalayır.”;

1.7. 9.2-ci və 9.3-cü bəndlər ləğv edilsin;

1.8. 9.4-cü bənddə “və İdarə Heyətinin müvafiq üzvü” sözləri çıxarılsın;

1.9. 13-cü hissənin mətni aşağıdakı redaksiyada verilsin:

“Palatanın strukturu, ştat vahidlərinin ümumi sayı və işçilərin əməkhaqları Baş icraçı direktorun təqdimatı əsasında Direktorlar Şurası tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilir.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 iyun 2017-ci il.

 

29 June 2017, 09:06

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...