Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 15

 

Bakı şəhəri, 25 dekabr 2015-ci il

 

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin

tənzimlənməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

 1. Bu qərara  Əlavə 1-də göstərilən siyahı üzrə dərman vasitələrinin aptek təşkilatına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətləri və onların qüvvəyə minmə tarixləri təsdiq edilsin.

 2. Müəyyən edilsin ki, 2016-cı il 25 fevral tarixindən etibarən bu qərara Əlavə 2-də göstərilən təsiredici maddələr üzrə (bu Əlavədə göstərilməyən digər kombinə olunmuş dərman vasitələri istisna olmaqla) qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq edildikdən sonra həyata keçirilə bilər.

 3. Nəzərə alınsın ki, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Əlavə 1 Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən qiymətləri tənzimlənmiş dərman vasitələri üzrə onların ticarət adını, təsiredici maddəsinin adını, dozasını, farmasevtik formasını, ticarət qablaşdırmasını, qablaşdırma miqdarını, istehsal ölkəsini, istehsalçı şirkətini, aptek təşkilatına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətini və qüvvəyə minmə tarixini əks etdirən icmal siyahıdır.

 4. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi bu qərardan irəli gələn məsələlərlə bağlı zəruri tədbirlərin görülməsini təmin etsin.

 5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                                                                                                                                                                                    Şahin Mustafayev

28 December 2015, 09:12

http://tariff.gov.az/

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...